Yeddinci Televiziya Muğam Müsabiqəsinin tarixi bəlli oldu -Açıqlama...

Yeddinci Televiziya Muğam Müsabiqəsinin tarixi bəlli oldu -Açıqlama... Yeddinci Televiziya Muğam Müsabiqəsinin tarixi bəlli oldu.

Bu haqda saytımıza açıqlamasında xalq artisti Mənsum İbrahimov məlumat verib. Onun sözlərinə görə müsabiqəyə gələn həftə televiziya ekranlarında start veriləcək:

"Hazırda bayram tədbirləriylə bağlı konsertlərlə məşğuluq. Ciddi hazırlıq işləri gedir. Martın 12-də artıq Yeddinci Televiziya Muğam Müsabiqəsinə start veriləcək. Ümid edirik ki, bu dəfə də bölgə və paytaxtdan seçdiyimiz gənclərimiz öz çıxışlarıyla münsiflərdən layiqli qiymətlərini alacaqlar”.

Qeyd edək ki, iştirak etmək üçün münsiflər heyəti bölgələrdən bir çox istedadlı gənclərimizi seçərək müsabiqəyə dəvət ediblər. Müsabiqədə Təbriz şəhərindən də namizədlər var.Moderator

Oxşar xəbərlər