Dəbdəbəli ad günü , çarəsiz icra başçısı

Dəbdəbəli ad günü , çarəsiz icra başçısı Faktaz.com bildirir ki, Ağdam rayonundan gələn şikayətlərdə iddia olunur ki, təhsil şöbəsinin müdiri Mətanət Misirxanova 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə məktəb direktorlarından 300-500 manat civarında pul yığıb. Məlumat həddindən artıq ilgimizi çəkdiyi üçün daha geniş araşdırma aparmaq qərarına gəldik. Araşdırma zamanı məlum oldu ki, 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə pul yığılıb, amma 300-500 manat yox 50-100 manat civarında. Sözü gedən 300 -500 manat isə tam başqa bir mövzudur. Sən demə 7 mart Mətanət Misirxanovanın doğum günüdür. Necə deyərlər Mətanət xanım da elə bu səbəbdən bir güllə ilə iki quş vurmaq istəyib və istəyinədə nail olub. Belə ki, həm ad günü həm də 8 mart hədiyyəsi adı altında yığılan məbləğ çox böyük olub. Necəki məktəb direktorları demişkən " Mətiş " tutuzdurub.
Indi isə keçək əsas mətləbə. Deməli bizim bu Mətanət xanım deyir ki, burda mənəm Bağdadda kor xəlifə. Mətanət Misirxanovanın keçmiş MTN zabiti olan himayədarı ona elə bir güc verib ki, hətta icra başçısı Vaqif müəllim öz acizliyini qəbullanaraq xanım müdirəyə söz deməyə cəsarəti çatmır. Digər tərəfdən isə Misirxanovanın müqavilə müddətinin başa çatmasına sayılı günlər qaldığından Ağdam rayonunda at oynadır.Hətta Mətanət xanım biraz da irəli gedərək cənab prezident İlham Əliyevin tapşırıqlarını heçə sayıb özünə dəbdəbəli ad günü keçirib. Martın 7 si Bərdə rayonunda Çinar restoranında keçirdiyi ad günü isə bütün yuxarıda qeyd olunanların bariz nümunəsidir. Ad günündə Mətanət xanımın zövqsüz geyimi isə direktorların onu məsxərəyə qoyması ilə nəticələnib. Faktaz.com

Oxşar xəbərlər