Sumqayıtda güclü yanğın - Bir neçə ev yandı

Sumqayıtda güclü yanğın - Bir neçə ev yandı Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində güclü yanğın baş verib.

Faktaz.com FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 600 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin yanar konstruksiyaları 300 m² sahədə yanıb.

Nazirlikdən əvvəllər həmin evlərdə məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmadığı bildirilib.

Yanğının səbəbi bilinmir.

Oxşar xəbərlər