Bakıda əl qumbarası tapıldı

Bakıda əl qumbarası tapıldı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub.

Faktaz.com xəbər verir ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunublar.

XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirmişlər. Aşkar olunmuş sursata baxış zamanı müəyyən olunmuşdur ki, bu, döyüş tətbiqinə yararlı olan 1 ədəd əl qumbarasıdır. Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Qumbaranın tapıldığı əraziyə yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar edilməyib.

Oxşar xəbərlər