Əfqanıstan Prezidenti Bakıya gəlir

Əfqanıstan Prezidenti Bakıya gəlir Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana səfəri gözlənilir.

Faktaz.com xəbər verir ki, dövlət başçısı martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumunda iştirak edəcək.

Foruma dünyanın 70-dən çox ölkəsindən 450 qonağın qatılması gözlənilir.

Əfqanıstan prezidenti ilə yanaşı, forumda bir neçə ölkənin hazırkı dövlət və hökumət başçıları iştirak edəcək. Tədbirə dünyanın tanınmış dövlət adamları, siyasətçiləri, nüfuzlu ictimai xadimləri, tanınmış elm adamları da dəvət alıb.

Oxşar xəbərlər