Sabiq baş nazirin ölkədən çıxışına qadağa qoyuldu

Sabiq baş nazirin ölkədən çıxışına qadağa qoyuldu Pakistanın sabiq baş naziri Yusif Rza Gilaninin ölkədən çıxmasına qadağa qoyulub.

Faktaz.com xəbər verir ki, Yusif Rza Gilani Cənubi Koreyaya getmək üçün hava limanına gəlsə də onun ölkədən çıxışına icazə verməyiblər. Polis onun ölkədən çıxışına qadağa qoyulduğunu diqqətinə çatdırıb. Yusif Rza Gilani isə bir tədbir üçün Cənubi Koreyaya səfər etmək istədiyini, lakin qadağa qoyulacağını gözləmədiyini qeyd edib. Rəsmi orqanlar isə niyə qadağa qoyulduğunu açıqlamır.

Oxşar xəbərlər