Ərdoğan Əliyevə təşəkkür etdi - Təhvil verilən FETÖ-çüyə görə

Ərdoğan Əliyevə təşəkkür etdi - Təhvil verilən FETÖ-çüyə görə Xəbər verdiyimiz kimi, ötən ay FETÖ-nün Azərbaycandakı məsul şəxsi, bağlanan “Zaman” qəzetinin Bakı mətbəəsinin sahibi İbrahim E. təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyatda saxlanılaraq Türkiyəyə təhvil verilib.

Faktaz.com-un məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT” telekanalına müsahibəsində ölkənin Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ-yə qarşı hansı tədbirləri görməyindən, eləcə də bu məsələdə ona dəstək olan ölkələrdən bəhs edib.

Türkiyə prezidenti sonuncu dəfə Azərbaycanın FETÖ-nün əsas adamlarından birini bu ölkəyə verdiyini xatırladaraq Prezident İlham Əliyevə təşəkkür edib: “Qardaşım İlham Əliyevə təşəkkür edirəm. Bir müddət öncə Azərbaycan bu təşkilatın əsas fiqurlarından birini bizə təhvil verdi”.

Ərdoğan buna qədər də oxşar ekstradisiyalar olduğunu qeyd edərək Kosovonun 7 cinayətkarı təhvil verdiyini söyləyib.

Türkiyə prezidenti ölkədə FETÖ-yə qarşı aparılan əməliyyatların davam edəcəyini, onların hər yerdə-dövlət idarələrində, polislər, hərbçilər arasında olduğunu vurğulayıb.

Oxşar xəbərlər