Bir ailənin üç üzvü yol qəzasına düşdü

Bir ailənin üç üzvü yol qəzasına düşdü Oğuz rayonunda bir ailənin üç üzvü yol qəzasına düşüb.

Faktaz.com Report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saat 19:30 radələrində Oğuz-Bayan avtomobil yolunda baş verib.

Oğuz şəhər sakini, 1971-ci il təvəllüdlü Kərim Kərim oğlu Kərimov sükanı arxasında əyləşdiyi minik avtomobilinin idarəetməsini itirərək maşını yolun kənarındakı ağaca vurub. Nəticədə K.Kərimov və avtomobildə sərnişin qismində olan ailə üzvüləri - 1976-cı il təvəllüdlü həyat yoldaşı Sevinc Nadir qızı Kərimova, 2003-cü il təvəllüdlü övladı Aysel Kərimova xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibb müəssəsindən bildirilib ki, yaralılardan Sevinc və Ayselin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır. K.Kərimovun xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər