General 4 rayonun sakinləri ilə görüşəcək

General 4 rayonun sakinləri ilə görüşəcək Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev dekabrın 28-də saat 11:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində (Qusar şəhəri, Heydər Əliyev parkı) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Faktaz.com-a daxil olan məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Qusar, Quba, Xaçmaz, Şabran rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Şimal Ərazi Baş Gömrük İdarəsi (əlaqə telefonu: (023) 325-34-40) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər

Oxşar xəbərlər