Türkiyədə 118 əsgər həbs edildi

Türkiyədə 118 əsgər həbs edildi Türk Silahlı Qüvvələrinin "FETÖ "tərəfindən təşkil edilən "Qazi Turqut Aslan" əməliyyatında iştirak edən daha 118 əsgəri həbs edilib.

Faktaz.com xəbər verir ki, İstanbulda aparılan əməliyyatlar zamanı 160 şübhəli polis tərəfindən saxlanılıb. Saxlanılan hərbçilərdən 118 həbs edilib. 42 nəfər isə dindirmələrdən sonra azad edilib.

"Qazi Turqut Aslan" əməliyyatında iştirak edən daha 25 əsgər polis tərəfindən axtarılır.

Oxşar xəbərlər