Türkiyədən Mübariz İbrahimovla bağlı MÖHTƏŞƏM İŞ: "Təkbaşına erməniləri..." - VİDEO

Türkiyədən Mübariz İbrahimovla bağlı MÖHTƏŞƏM İŞ: Türkiyəli tanınmış aparıcı, Türkiyə Xəbər Mərkəzinin baş rejissoru Abdurrahman Uzun Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında süjet hazırlayıb.
Faktaz.com xəbər verir ki, süjetdə jurnalist Mübariz İbrahimovun keçdiyi döyüş yolundan bəhs edir.

Həmçinin Azərbaycanın işğal edilmiş ərazilərindən, ermənilərin törədiyi cinayətlərdən danışır. A.Uzun M.İbrahimovun şəhidlik mərtəbəsinə ucaldığı gündən danışır və bununla da şəhid qardaşlarının intiqamını aldığını vurğulayır:

“Mübariz İbrahimov haqsızlığa, zülmə, işğala təkbaşına baş qaldırmış, şəhadət şərbətini içmiş Türk qəhrəmanıdır. Allah şəhadətini qəbul etsin. Allah övladlarımıza da bu vətən sevdasını nəsib etsin. Hamımız Mübarizik!”

Oxşar xəbərlər