Rusiyalı oliqarx niyə sərbəst buraxıldı? - “Monako”nun sahibi Moskvada

Rusiyalı oliqarx niyə sərbəst buraxıldı? - “Monako”nun sahibi Moskvada Monakoda korrupsiya işi ilə bağlı rəsmi ittihamların irəli sürüldüyü Rusiya milyarderi Dmitri Rıbolovlev şübhəli statusunda qalmasına baxmayaraq, Monakodan Moskvaya qayıdıb. Bu haqda Rıbolovlevin nümayəndələri Reuters agentliyinə məlumat veriblər.

Faktaz.com .com xəbər verir ki, Monako polisi “Monako” futbol klubunun sahibi olan Rıbolovlevi noyabrın 7-də saxalyıb və onu sorğu-sual edib.

Biznesmenin nümayəndəsi Dmitri Çeçkinin sözlərinə görə, Dmitri Rıbolovlev hazırda Moskvadadır. O deyib ki, Rıbolovlev zəmanət ödəmədən azad edilib və Monako rəsmiləri tərəfindən onun ölkədən çıxışına qadağa və hərəkət azadlığına məhdudiyyətlər qoyulmayıb.

Lakin bununla belə rusiyalı oliqarx Monakoda “məhkəmə nəzarəti” altında qalır. Məhkəmə onu həbsdən azad edib. Lakin eyni zamanda, ona korrupsiya işi ilə bağlı rəsmi ittiham irəli sürülüb.

Rıbolovlev Rusiyanın ən zəngin adamlarından biridir. O, sərvətini Rusiyada ən böyük gübrə istehsal edən sənaye müəssisələrindən biri olan “Uralkaliy” sayəsində qazanıb. Rıbolovlev şirkəti 2010-cu ildə satıb.

Oxşar xəbərlər