Silahla qohumunun evinə gəlib ölümlə hədələdi

Silahla qohumunun evinə gəlib ölümlə hədələdi Qazaxda silahlı insident baş verib.

Faktaz.com Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 30-da Qazax Rayon Polis Şöbəsinə müraciət edən Aslanbəyli kənd sakini O.Çələbiyev həmin gün sərxoş halda yaşadığı evə gələn Kamandar adlı qohumunun tüfənglə onu öldürəcəyi ilə hədələdiyini bildirib.

Rayon sakini Kamandar Nəsibov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan tir tüfəngi götürülüb.

Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər