Qəbiristanlıqda bunu edənlər CƏRİMƏLƏNƏCƏK - QANUN DƏYİŞDİ

Qəbiristanlıqda bunu edənlər CƏRİMƏLƏNƏCƏK - QANUN DƏYİŞDİ Qəbiristanlıqların salınması ilə bağlı qanunu pozanlar cərimələnəcək.

Faktaz.com xəbər verir ki, bu barədə İnzibati Xətalar Məcəlləsində edilən dəyişiklikdə qeyd olunub.

Qanun layihəsinə edilən dəyişiklik barədə məlumat verən millət vəkili Əli Hüseynli bildirib ki, “Bələdiyyələrin statusu haqqında" qanuna əsasən qəbiristanlıqların salınması müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş orqan tərəfindən icra olunur:

“Burada müvafiq icra hakimiyyəti deyəndə Nazirlər Kabineti nəzərdə tutulur. Bu qaydanı pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 516-1-ci maddəsinə edilən dəyişikliyə əsasən cərimə ediləcək. Cərimənin minimum məbləği 100, maksimum 500 manatdır”.

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Oxşar xəbərlər