Naxçıvan Turizm Departamentinin strukturu təsdiqləndi

Naxçıvan Turizm Departamentinin strukturu təsdiqləndi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Faktaz.com xəbər verir ki, fərmanla Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti haqqında Əsasnamə və Departamentin strukturu təsdiq edilib.

Turizm Departamenti Aparatının işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə həmin fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Oxşar xəbərlər