BAKIDA DƏHŞƏT: bıçaqla öz boğazını kəsdi

BAKIDA DƏHŞƏT: bıçaqla öz boğazını kəsdi Bakıda 58 yaşlı kişi intihara cəhd edib.

Faktaz.com xəbər verir ki, Nəsimi rayonu Topçubaşov küçəsində yaşayan 1960-cı il təvəllüdlü Səmədov Rafiq Böyükağa oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun qarın nahiyəsində 2, boğazında isə 3 ədəd bıçaqla kəsilmiş xəsarət aşkar edilib.

İlkin araşdırma zamanı məlum olub ki, 58 yaşlı R.Səmədov intihar məqsədi ilə özünü bıçaqlayıb. Onun vəziyyəti ağır olduğundan dindirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər