"Çaşanları susdurmağa qadirəm" - Qalmaqal

Müğənni Günel Ələkbərova ilə prodüser Tarix Əliyev (Tolik) arasında qalmaqal yaşanıb.

Faktaz.com-un məlumatına görə, bir neçə gün əvvəl ad günü edən Günelin məclisində qonaqlardan biri İnstaqramda canlı yayıma qoşulub. Bunu izləyən Tolik ifaçının və məclisdəkilərin ünvanına tənqidlər yazıb.

Prodüserin yazdığı "Mən gedən məclislərdə əsl ulduzlar olur. Günel yaxşı qızdır, amma mənim statusum… (gülür) Baxıram, elə düşünürəm ki, düz edib getməmişəm. Dəhşət, adam qalmayıb ki… Hamı Aygün Kazımova olmaq istəyir" rəylər Güneli özündən çıxarıb.

Tolikin yazdıqlarını İnstaqram səhifəsində yayımlayan Günel ona sərt cavab verib:

"Öncə sənə zəng etdim, götürmədin. Məni bu statusu yazmağa məcbur etdin. İndi mənə yaxşı qulaq as. Bununla ikinci dəfədir ki, mənə söz atırsan. Məni bəziləri ilə səhv salma. Heç kimin yanında artıq-əskik işim olmayıb. O cümlədən də sənin.

Hər zaman insanları olduğu kimi qəbul edib, onlara hörmətlə yanaşmışam. Amma hörmətsizlik edib, mən
çaşanları susdurmağa qadir biriyəm, bunu sən yaxşı bilirsən. Yazdığın bu şərhlərdən görünür ki, məclisimə gələn qonaqlar sənin üçün çox maraqlı olub. Vaxtını bu şərhləri yazmağa həsr etmisən. Son olaraq deyirəm: mənə ilişmə. Düşünmə ki, yazdıqlarım reklam üçündür. Zəngimi götürməməklə buna məcbur etdin".

Oxşar xəbərlər