“Məhəllə 3” filminin ÇƏKİLİŞLƏRİ BAŞLADI: amma gözlədiyiniz aktyorlar yoxdur

“Məhəllə 3” filminin ÇƏKİLİŞLƏRİ BAŞLADI: amma gözlədiyiniz aktyorlar yoxdur Qurluşçu rejissoru Ramiz Fətəliyev, ssenari çüəllifi isə Tahir İmanova aid olan “Məhəllə” filminin 3-cü hissəsi çəkilir.

Faktaz.com xəbər verir ki, bu barədə aktyor Ələkbər Əliyev məlumat verib. O bildirib ki, filmin çəkilişlərinin birinci günü artıq başa çatıb. Ə.Əliyevin sözlərinə görə, filmin ssenari müəllifi və rejissoru, həmçinin iştirak edən aktyor heyətinin adları hələlik açıqlanmır. Bu barədə gələn ay məlumat veriləcək.

Əldə etdiyimiz məlumata əsasən, “Məhəllə 3”də Rafael, Coşqun, Kübra Əliyeva, İlham Qasımov, eləcə də ssenarist olaraq Müşfiq Abbasov heyətdə yoxdur. Əməkdar artist Dilarə Əliyeva isə ekran işində yer alacaq.

Köhnə qəhrəmanların filmə daxil edilməməsi sosial şəbəkələrdə müzakirə mövzusu olub. Filmin izləyiciləri əvvəlki heyətin filmdə rol almamasını tənqid edərək "Qüdrətsiz Məhəbbət maraqsız olacaq" kimi rəylər yazılıb.

Məlumat üçün bildirək ki, film kiçik bir məhəllə və bu məhəllənin sakinlərinin başına gələn məzəli əhvalatlardan danışır. Film unudulmaz bəstəkar Süleyman Ələsgərov və həyat yoldaşı Ağgül xanımın 80 illik yubileylərinə ithaf olunub.

Qeyd edək ki, mərhum aktrisa Nəsibə Zeynalovanın kinoda son işi də “Məhəllə” filmidir.

Oxşar xəbərlər