“Hərbi Komissarlıqda işləmək üçün 180 min verdim” - Polkovnik

“Hərbi Komissarlıqda işləmək üçün 180 min verdim” - Polkovnik Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Könül Kərimovaya və digər şəxslərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Məlahət Məmmədovanın məhkəməsi keçirilib.

Faktaz.com -un verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə zərərçəkmişlər dindirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xdmətinin Qazax rayon şöbəsinin rəisi, polkovnik Rəsul Quliyev ifadə verib. O deyib ki, təqsirləndirilən M.Məmmədovaya 180 min manat pul verib: “O vaxt Müdafiə Nazirliyində işləyirdim, Hərbi Komissarlıqda vəzifəyə keçmək üçün 180 min verdim. Sonra iş alınmadı, pulumu geri qaytardılar”.

M.Məmmədova deyib ki, R.Quliyevi vəzifəyə təyin etdirəcəyini deyən adam sonradan həbs olunub. Proses oktyabrın 4-də davam etdiriləcək.

İttihama görə, M.Məmmədova bir neçə şəxsə müxtəlif vədlər verərək 300 minə yaxın pul alaraq qaytarmayıb. O, müğənni K. Kərimovanın oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib.

M.Məmmədova əvvəllər də dələduzluqda ittiham olunub və şərti cəza alıb.

Oxşar xəbərlər