Vasif Talıbov fransız arxeoloqu təltif etdi

Vasif Talıbov fransız arxeoloqu təltif etdi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif haqqında sərəncam imzalayıb.

Faktaz.com xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikasında arxeologiya sahəsində səmərəli fəaliyyətinə görə Katherine Anne Marro “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilib.

Qeyd edək ki, fransız arxeoloq Katherine Anne Marro Azərbaycan-Fransa Beynəlxalq Arxeoloji ekspedisiyasının tərkibində bir neçə ildir ki, muxtar respublika ərazisindəki arxeoloji abidələrin tədqiqi ilə məşğuldur. O, həmçinin Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin tədqiqatçısıdır.

Oxşar xəbərlər