Fədayə Laçın məhkəmədə mahnı oxudu

Fədayə Laçın məhkəmədə mahnı oxudu Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, Əli Ağami və digər şəxslərin məhkəməsi keçirilib.

Faktaz.com -un prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə dustaqlar məhkəmə zalına verildikdən sonra F.Laçın mahnı oxuyub.

Müğənni şüşə qəfəsdə “Kimlər gəldi, kimlər getdi, bu dünyadan” mahnısını səsləndirib. Daha sonra hakimlər kollegiyası zala daxil olub və F.Laçın ifasını yarımçıq salxayıb.

Proses davam edir.

Oxşar xəbərlər