Sabiq nazirin qohumunun istəyi reallaşmadı

Sabiq nazirin qohumunun istəyi reallaşmadı Güclü təsir edən dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Natiq Qasımov, Xatirə İmaməliyeva və Aidə Cəfərovanın barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Faktaz.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, cinayət işi üzrə təqsirləndirilən Natiq Qasımov apelyasiya şikayəti təmin edilməyib.

Digər təqsirləndirilən şəxslər apelyasiya şikayəti vermədiyi üçün onlarla bağlı olan hissədə hökm araşdırılmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Qasımov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, digər təqsirləndirilənlər - Xatirə İmaməliyeva və Alidə Cəfərovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onların cəzaları şərti hesab edilib.

Hökmdən narazı qalan Natiq Qasımov apelyasiya şikayəti verib və barəsində həbs olmayan cəza növünün təyin edilməsini xahiş edib.

Mətbuatda yazılan məlumata görər, Natiq Qasımov sabiq rabitə naziri Əli Abbasovun qohumudur.

Oxşar xəbərlər