Bayılda 36 yaşlı kişi itkin düşdü

Bayılda 36 yaşlı kişi itkin düşdü Bakıda 36 yaşlı kişi itkin düşüb.

Trend-in məlumatına görə, hadisə sentyabrın 19-da Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş verib.

Bayıl qəsəbəsi, F.Qurbanov küçəsi ev 61-də yaşayan 1945-ci il təvəllüdlü Əsədov Valeh Hidayət oğlu Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət edərək bildirib ki, sentyabrın 19-da onunla yaşayan oğlu, 1982-ci il təvəllüdlü Orxan Valeh oğlu Əsədov yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi tərəfindən araşdırmalara başlanıb.

Oxşar xəbərlər