Rəqsanənin qızından ailəsi ilə bağlı ŞOK SÖZLƏR “Atam məni...” - VİDEO

Rəqsanənin qızından ailəsi ilə bağlı ŞOK SÖZLƏR “Atam məni...” - VİDEO ARB TV-nin “Səhər- Səhər” verlişinin növbəti qonağı müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova olub.

Faktaz.com xəbər verir ki, Aysun doğma atası ilə bağlı maraqlı faktlar açıqlayıb:

“Doğma atamla salam-sağolumuz yoxdur. Ata başqa bir şeydir. Yanımdan keçsə onu tanımaram. Çünki atamı 14 yaşımda axtarmışam və tapmışam. Amma o insan məni qəbul etməyib. Mənə deyib ki, səni istəmirəm. Mənim sən adda övladım yoxdur. Niyə, bilmirəm. Üstündən bir müddət keçdi. Aysun artıq modelyer, daha sonra müğənni olaraq tanındı, ondan sonra başqa-başqa adamların adından nənəmə və ya anama zəng edirlər ki, atası Aysunu görmək istəyir. Gözüm aydın. Aysunun indi pulu var deyə Aysunu görmək istəyir. On ilə yaxındır ki, bir atam var, o da anamın həyat yoldaşıdır. Mən atalığı o insanda bilmişəm. O, öz uşaqlarından mənə daha çox can yandırır”.

Oxşar xəbərlər