"Qaçqınkom"un tabeliyindəki qurumların siyahısına dəyişiklik edildi

Nazirlər Kabineti 2011-ci il 5 iyul tarixli qərarla təsdiq edilmiş "Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na dəyişiklik edib.

Faktaz.com xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Qaradağ rayon Lökbatan Mənzil-Kommunal İstismar Sahəsi "Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na əlavə olunub.

Oxşar xəbərlər