Saxta tur paket satan qadına hökm oxundu

Saxta tur paket satan qadına hökm oxundu Bakı Ağır Cinayətlər Məhkəməsində səyahətə gedənlərə qarşı dələduzluq etməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Günel Şıxıyevaya hökm oxunub.
Faktaz.com-un verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə G.Şıxıyeva 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, istintaq dövründə azadlıqda olduğu üçün məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, bir müddət evli olduqdan sonra boşanan G.Şıxıyevanın 1 yaşında övladı var, bu iş üzrə 8 nəfər zərərçəkmiş tanınıb. Digər şikayətçilərlə bağlı iş istintaqda araşdırılır. Günel Şıxıyeva onlardan xarici ölkələrə, xüsusən də Sinqapura turizm səfəri təşkil etmək adı ilə pul alıb. Tur paket alan şəxslər təyyarə biletinin saxta olduğunu, otelə çata bilənlər isə onların adına rezervasiya edilmədiyini görüblər

Oxşar xəbərlər