Fəridə 14 min manatı tələb edir

Fəridə 14 min manatı tələb edir Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində idmançı Fəridə Əzizovanın evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın məhkəməsi keçirilib.

Faktaz.com-un verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə baxış iclası davam etdirilib.

Hakim bildirib ki, cinayətdə iştirak etdiyo barədə şübhələr olan Aqşin adlı şəxs məhkəmə çağırışlarına cavab vermir. Şahid kimi tanınan Aqşin oğurluğu etməkdə ittiham olunan Nicatın dostudur. N. İsrafilov istintaqa ifadəsində oğurluğu Aqşinlə birgə törətdiyini və pulu böldüklərini deyib.

Onun məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarılsa da, polislər onu tapa bilməyib.

Zərərçəkmiş F. Əzizova deyib ki, ona dəyən ziyandan 53 min manat ödənsə də, qalan 14 min 500 manat qaytarılmayıb.

F. Əzizova da həmin pulu tələb etdiyini bildirib.

İttihama görə, 2017-ci il sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Oxşar xəbərlər