Apteki qarət edən qadın hakim qarşısında

Apteki qarət edən qadın hakim qarşısında Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqla aptekə basqın etməkdə təqsirləndirilən keçmiş məhkum, 1984-cü il təvəllüdlü Aygün Əliyevanın məhkəməsi başlayıb.

Faktaz.com nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses sentyabrın 11-də davam etdiriləcək.

İttihama görə, 2018-ci il martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən aptekə gələn Bakı şəhər sakini Aygün Əliyeva orada işləyən qəsəbə sakini Xəyalə Nəcəfovanı bıçaqla hədələyib, kassadan 165 manat aparıb. Məlum olub ki, A. Əliyeva daha əvvəldə məhkumluq həyatı yaşayıb. İndi o, Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə təqsirləndirilir.

Oxşar xəbərlər