Koçaryanın ölkədən çıxışına qadağa qoyulub

Koçaryanın ölkədən çıxışına qadağa qoyulub Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ölkədən xaricə çıxa bilmir.

Faktaz.com erməni KİV-nə istinadən xəbər verir ki, illik tibbi müayinə üçün Almaniyaya getmək istəyən Koçaryana istintaq orqan ölkədən çıxış qadağası qoyub. Bunu eks-prezidentin vəkili Aram Orbelyan bildirib. Onun sözlərinə görə, Köçaryan barəsində heç bir qətimkan tədbiri seçilməyib, lakin, onun pasportu hüquq mühafizə orqanları əməkdaşlarındadır. Orbelyan onu da əlavə edib ki, məsələnin araşıdırılması və problemin aradan qaldırılmasına çalışırlar.

Oxşar xəbərlər