“Onu bilmədən bıçaqla vurdum” - Kriminal

“Onu bilmədən bıçaqla vurdum” - Kriminal Pula görə dostunu öldürən şəxs və mərhumun atası onun barəsindəki hökmdən apellyasiya şikayəti veriblər.

Faktaz.com nun verdiyi xəbərə görə, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Əzimov telefon mağazası açmaq üçün pul aldığı dostu və həmyaşıdı Rüfət Paleşnini bıçaqlayaraq öldürməkdə ittiham edilib. Hadisə 2018-ci il fevralın 20-də Suraxanı rayonun Əmircan qəsəbəsində yerləşən dəmir yolu platformasında baş verib.

İttihama görə, işsiz olan dostlar birgə iş qurmaq üçün telefon mağazası açmaq qərarına gəliblər. Daha sonra isə pulla bağlı fikir ayrılıqları yaranıb və mübahisə ediblər. Rüfət əsəbləşərək Sənanı söyüb, o da dostuna 2 bıçaq zərbəsi vurub.

S.Əzimov məhkəmə prosesində deyib ki, dostunu pula görə öldürməyib: “Rüfət mənim uşaqlıq dostum idi. Ondan 6 min manat almışdım, 1500 qaytardım. Fevral ayında qəfildən qalan pulun hamısını istədi. Məni görüşə çağırdı, içkili idi. Mən də qaytaracağımı dedi, mənə əl atdı, onu yumruqla vurdum.

Mənə əl atdı, onu yumruqla vurdum. Yerə yıxıldı, qaldırdım ayağa. Dedi ki, gedək dostlarımı çağırım, söhbət edək. Mənə zəng gəldi, telefonla danışanda gördüm ki, yerdən nəsə götürüb, üstümə gəlir. Geri çəkilib, bilmədən onu bıçaqla vurdum”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Əzimov 10 il müddətinə azadlıqdan məhrum edilib. O isə cəzadan narazı qalaraq yüngülləşdirilməsi üçün apellyasiya şikayəti verib. Mərhum Rüfət Paleşniyin atası Vasili Paleşniy də Sənanın cəzasının ağırlaşdırılması üçün müraciət edib.

Hər iki şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədovun sədrliyi ilə baxılır.

Oxşar xəbərlər