Poçtla narkotik maddə gətirənin məhkəməsi oldu

Poçtla narkotik maddə gətirənin məhkəməsi oldu Bakı Ağır Cinayətlər Məhkəməsində poçt vasitəsilə narkotik maddələri gətirməkdə təqsirləndirilən Çingiz Muradovun məhkəməsi keçirilib.

Faktaz.com-un verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə şahidlər dindirilib.

"Azərpoçt"un əməkdaşı Elmira Abbasova bildirib ki, xaricdən Çingiz Muradovun adına fevralın əvvəlində məktub gəlib və bu barədə ona zəng edərək məlumat verib: "Çingizə göndəriş gəlmişdi, ona məlumat verdik. Sonra Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları gəlib baratdakı əşyalara baxış keçirdilər".

Ç. Muradov deyib ki, o, poçta gedərək məktubdan imtina edib: "Oradan çıxandan sonra DTX məni saxlayıb yenidən poçta gətirdi".

Hakim şahidlərin dindirilməsinin məhdudlaşdırıldığını bildirib. Növbəti iclasda sənədlərin tədqiq ediləcəyi elan olunun.

Proses sentyabrın 7-də davam etdiriləcək.

Çingiz Muradov Musiqi Akademiyasında təhsil alıb.

Oxşar xəbərlər