Dövlət Gömrük Komitəsində dövlət rüsumları ciddiyə alınmır, çünki Səfər Mehdiyev belə istəyir - FOTOFAKT

Dövlət Gömrük Komitəsində dövlət rüsumları ciddiyə alınmır, çünki Səfər Mehdiyev belə istəyir - FOTOFAKT Səfərdəsiniz, səfərinizi vurmayın başa hələ, çünki...
Çünki Səfər Mehdiyevin rəhbərlik etdiyi Dövlət Gömrük Komitəsi onsuzda hər şeyi el dili ilə desək gözünüzdən gətirəcək. Necə ki, Masallı şəhər R.Abbasov küçəsi ev 42 ünvanında yaşayan Cəlal Abıyevə DGK-nın Avtonəqliyyat Baş Gömrük İdarəsi ciddi problemi yaradıb. Cəlal Abıyevin başına gələnlər rəhmətlik Üzeyr bəyin “O olmasın, bu olsun” operettasındakı Məşədi İbadın söylədiyi kimidir. Lətifəsi Cəlal Abıyevdən uzaq olsun, “Mənə meymun deməyin bəs deyil, hələ bir əl də uzadırsan?” Deməli belə. Masallı şəhər R.Abbasov küçəsi ev 42 ünvanında yaşayan Cəlal Abıyev Gürcüstan Respublikasından aldığı “Hundai Sonata” markalı avtomobilin gömrük rəsmiləşdirilməsi zamanı ABGİ-nə nə az, nə də çox düz 1033 (min otuz üç) manata qədər əlavə vəsait ödəyib. Əslində ödəməyib. Adama zorla ödədiblər. Məsələ ilə əlaqədar müvafiq dövlət qurumlarına, o cümlədən DGK-ya üzləşdiyi problemlə bağlı müraciət edən şikayətçi DGK-da və ya bu quruma tabe olan dövlət müəssisələrində bir dəfə belə hər hansı şəxs tərəfindən qəbul edilməyib. C.Abıyevin şikayəti yalnız mətbuat vasitəsilə həmin qurumlara çatdırılıb. Məsələnin ən qəribə tərəfi isə bu qurumların rəhbərləri, o cümlədən Səfər Mehdiyev başqa olmaqla vətəndaşa bir–birinin ardınca iki məktub ünvnlayıblar. Hörmətli cənablar bəlkə bu araşdırma redaksiyamızın xəyali qəhrəmanın müraciətidir. Bəlkə heç həmin ünvanda Cəlal Abıyev adlı şəxs yaşamır. Jurnalist öz düşüncəsini qeydə alıb. Nədən şəxsi dəvət etmirsiniz? Və ya üzbə-üz dinləməyin sizlər üçün fəsadı nədir cənab Mehdiyev? Axı vətəndaş məhz sizin rəhbərlik etdiyiniz qurumun əməkdaşı tərəfindən aldığı əmlaka-avtomobilə görə dəyərindən artıq gömrük rəsmiləşdirilməsi zamanı vəsait ödəməyə məcbur edilib. Vətəndaşın şəxsi mülkinə və ya əmlakına, vəsaitinə qəsd cinayətdir axı cənab Mehdiyev. Onu məcburiyyət qarşısında qoyub, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə gətirdiyi avtomobilin dəyərindən artıq vəsaitini rəsmi qaydada mənimsəmək hansı qanunun, hansı bəndindədir? Nə üçün vətəndaşla görüşdən qaçırsınız hörmətli DGK əməkdaşları və konkret cənab Səfər Mehdiyev? Axı dövlət tərəfindən tətbiq edilən rüsumun hesablanması üçün nəzərdə tutulan elektron hesablama aparatı ilə əməkdaşlarınızın istifadə etdikləri sadə kalkluyator arasındakı fərq 1033 manata qədər olmamalıdır. Əgər dövlətin quraşdırdığı elektron aparat 6867.91 AZN göstərirsə, bəs necə olur ki. DGK-nın ABGİ adlı qurumu 1033 manata qədər əlavə vəsait yazır vətəndaş üçün? Bu özbaşınalıqdır, yoxsa tapşırıq cənab Mehdiyev?
Dövlət Gömrük Komitəsində dövlət rüsumları ciddiyə alınmır, çünki Səfər Mehdiyev belə istəyir - FOTOFAKT
Dövlət Gömrük Komitəsində dövlət rüsumları ciddiyə alınmır, çünki Səfər Mehdiyev belə istəyir - FOTOFAKT
Dövlət Gömrük Komitəsində dövlət rüsumları ciddiyə alınmır, çünki Səfər Mehdiyev belə istəyir - FOTOFAKT
Bizi izləyin. Mövzuya qayıdacağıq.

Redaksiya yazıda adı çəkilən şəxslərində cavablarını dərc edə bilər.

BakuNews.az

Oxşar xəbərlər