Məşhur aktyordan ŞOK ETİRAF: "Anam Hitlerin sevgilisi olub" - FOTO

Məşhur aktyordan ŞOK ETİRAF: Dünyaca məşhur aktyor Romi Şnayder anasının Almaniyanın füreri Adolf Hitler ilə birlikdə olduğunu etiraf edib.

Faktaz.com xəbər verir ki, aktyor etirafı ölümündən 5 il öncə - 1976-cı ildə “Deyli Report”a verdiyi müsahibədə dilə gətirib.

Müsahibəni alan jurnalist Alisia Şvarzer bildirib ki, aktyor anasının Hitlerlə münasibətinin olduğuna tam əmin idi. Romi buna görə anasını heç vaxt bağışlamayıb və hətta müsahibədə bu haqda danışarkən ağlayıb.

Jurnalist aktyorun dediyi “Niyə ağlamayım? Mən insanüstü bir varlıq deyiləm. Artıq utanmıram və qorxmuram” sözlərini xatırladıb. Romi jurnalistdən rica edib ki, bu haqda heç kimə danışmasın. Hətta ondan “mənə xəyanət etmə” şəklində rica da edib.

Romi Şnayder ilə Alisia Şvarzer arasında baş tutan bu müsahibə sentyabrın 16-da “Romi ilə bir axşam” adlı sənədli filmdə yayımlanacaq.

Oxşar xəbərlər