Dövlət Gömrük Komitəsində milyonluq fırıldaq

Dövlət Gömrük Komitəsində  milyonluq fırıldaq Bir neçə gün əvvəl bəzi internet resurslarında gömrük orqanları, xüsusilə də Avtonəqliyyat Baş Gömrük İdarəsi haqqında Masallı rayon sakini Abıyev Cəlal Hamlet oğlunun prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və DGK-nin sədrinə ünvanlanan məktubu yayımlanıb. Faktaz.com xəbər verir ki, həmin şəxs gömrük xidmətini onu xaricdən gətirdiyi avtomobilə görə, artıq rüsum hesablamaqda iitham edib. Belə ki, C.Abıyev avtomobilin invoys qiymətini 4800 dollar göstərsə də, gömrükçülər bu rəqəmin 8000 dollar olduğunu əsas götürərək, rüsumları da bu rəqəmə əsasən hesablayıblar. Məktubda deyilir:

"Hörmətli Prezident!
Diqqətinizə çatırmaq istəyirəm ki, mən Masallı rayon sakini hal hazırda Bakıda yaşayan Abıyev Cəlal Hamlet oğlu qonşu dövlət olan Gürcüstan Respublikasından 11.06.2018-ci il tarixində Azərbaycan Respublikasına 2012-ci il buraxılış olan “Hundai Sonata” markalı 2.0 mator gücündə avtonəqliyyat vasitəsini 4800 dollar vəsait xərcləyərək gətirmişəm. Hər bir vətəndaşın qanuni hüquqlarından istifadə haqqı olduğu kimi məndə hüquqlarımdan istifadə edərək Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin inzibati binasında quraşdırılan Dövlət gömrük xidmətləri olan aparat vasitəsi ilə qeydiyyata alınması üçün ödəyəcəyim məbləği hesabladıqdan sonra, idarə rəhbərinin qəbulunda oldum.
Cənab Prezident!
Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi Hüseyn Həsənli ilə görüşüb nəqliyyat vasitəmi qeydiyyata salmaq istədiyimi və DGK tərəfindən quraşdırılan aparatlarda məhz ödəməli olduğum məbləğin 6867 manat 91 qəpik təşkil etdiyini qeyd etdim. DGK ABGİ-nin rəisi H.Həsənli isə cavabında mənim yalan danışdığımı iddia edərək mənim avtomobili 4800 USD qiymətinə deyil, 2012 il buraxılışı olan “Hundai Sonata” DGK rəsmilərinin verdiyi Gürcüstan bazar qiyməti 8000 USD olaraq göstərilməkdədir. Və buna görə, yenidən hesablama aparan H.Həsənli mənim 6867.91 manat deyil 7900 azn vəsait ödəməli olduğumu və bu məbləği ödəməyəcəyim təqdirdə avtonəqliyyatımın qeydiyyata götürülməyəcəyi vurğulandı. Məcburiyyət qarşısında qalaraq 7900 azn ödəyərək avtomobilimi qeydiyyata qoydum. Amma məcburiyyətlərdən gömrük idarələrində süründürməçiliklə üz-üzə qalmaqdayıq. Cənab İlham Əliyev sizdən artıq dərəcədə xahiş edirəm ki, DGK Avtonəqliyyat Baş Gömrük İdarəsində şəxsimə qarşı hüquqlarımın kobud şəkildə pozularaq məcburiyyətdən ödədiyim 1033 azn məbləğin mənə geri qaytarılması üçün lazımi qurumlara göstəriş verəsiniz.
Cənab Prezident!
Dəfələrlə çıxışlarınızdada qeyd etmisiz ki, məmurlar tərəfindən qanunsuz olaraq hüquqları pozulan şəxslər hər bir vasitə ilə mənə bu barədə xəbər çatdırmağa cəhd etsinlər. Məndə Azərbaycan Respublikasının vətəndaşı və qanunun aliliyini qoruyan Ali Baş komandanımızın çıxışına etimad göstərərk sizi narahat etməkdəyəm. Bir vətəndaş olaraq ölkədə baş verən qanunsuzluğun sizin diqqətinizə çatması üçün gecə gündüz buna nə qədər vaxt gərəklidirsə sərf edərək Gömrük idarələrində baş verən özbaşınalıqla bağlı məlumatları sizlərin diqqətinə çatdıracağam".


Faktaz.com olaraq bu məsələ ilə araşdırma aparan zaman məlum oldu ki, bu cür maxinasiyalar DGK üçün xırda - para məsələlərdi. Necə deyərlər bu hələ gəlinin xırda- xuruş cehizidir. Bu gəlinin cehizini daşımağa beş-altı dənə yük maşını lazımdı. Yük maşını demişkən DGK nin nə əldə etdiyi milyonlar elə bu yük maşınlarının hesabına əldə olunur. Özüdə dövləti soyaraq.

Avtonəqliyat baş gömrük idarəsində avtomobillərin qeydiyyata alınması zamanı aparılan maxinasiyalardan bir –iki nəfəri çıxmaqla demək olar ki, heç kimin xəbəri yoxdu. Lakin Faktaz.com DGK nın yuxarıda oturan birisinin ağzından buraxdığı quşu göydə yaxalayıb. Beləki, DGK nin yüksək vəzifəli şəxsi içki məclislərinin birində dövləti necə soyduqlarından söhbət açıb. Deməli ölkəyə gətirilən böyük tonajlı əsasəndə tikinti sahələrinə aid dövlət əhəmiyyətli avtomobillər dövlət rusumundan azadırlar. Hətda bu barədə cənab prezidentin də bununla baqlı qərarı var.

Qərarda deyilir ki avtomobilin alındığı qiymətin sadəcə ƏDV-si ödənməklə qeydiyyata alınsın
DGK si isə sahibkarın gətirdiyi texnikanı adi avtomobillərə etdiyi kimi əgər texnika məsələn 100 min dollara alıbsa burdada 100 min manat qeydiyyat üçün ödəmə etməyə məcbur edilirlər. Çarəsiz vətəndaş saxta formada olan rüsumu ödəyib getdikdən sonra gömrükçülər sənədləri dəyişdirir dövlət əhəmiyyətli yazaraq ədv büdcəyə qalanın ciblərinə işləyirlər.
Qarşı tərəfi dinləməyə hazırıq .
Faktaz.com

Oxşar xəbərlər