Sərnişin təyyarəsi havada alışdı – DƏHŞƏTLİ ANLAR

Sərnişin təyyarəsi havada alışdı – DƏHŞƏTLİ ANLAR Göyərtəsində 200-dən sərnişinin olduğu təyyarə mühərrikində başlayan yanğınla əlaqədar Ufaya qayıdıb.

Faktaz.com“RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ufa hava limanının saytında bildirilir.

“Sol mühərrikin alışması səbəbindən “Red Vinqs” aviaşirkətinin 808 reysini həyata keçirən Tu-204 hava gəmisi Ufa aeroportunda qəza enişi edib. Təyyarənin göyərtəsində 202 sərnişin var idi”, - xəbərdə deyilir.

Təyyarənin hava limanına enməsindən 7 dəqiqə sonra hava ilə doldurulan pilləkənlərin köməyi ilə sərnişinlərin hamısı təxliyə edilib. Zərərçəkən yoxdur.

Sərnişinlərlə aviaşirkətin nümayəndələri və psixoloqlar işləyirlər. Hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər