"Çukur"a YENİ AKTYOR qatılır

Ötən mövsüm baş rollarda çıxış edən obrazların ölməsi ilə izləyicilərini yasa batıran məşhur “Çukur” serialının aktyor heyətinə yeni sima qatılıb.

Faktaz.comxəbər verir ki, bu, 36 yaşlı aktyor Erkan Avcıdır.

Erkan Avcı karyerası ərzində “Qaradayı”, “Əhməd”, “Paytaxt Əbdülhəmid” seriallarında rol alıb. Aktyorun “Çukur”da hansı rol oynayacağı isə hələ ki, açıqlanmır.

Qeyd edək ki, “Çukur”un baş rollarını Aras Bulud İynəmli, Ərkan Köstəndil, Ərcan Kesal və Dilan Çiçək Dəniz canlandırır.

Oxşar xəbərlər