“VAZİANİ” HƏRBİ BAZASINDA RUSİYAYA ƏZƏLƏ NÜMAYİŞİ –Azərbaycan, Ukrayna və Ermənistan hərbçiləri də təlimlərə qatılır

“VAZİANİ” HƏRBİ BAZASINDA RUSİYAYA ƏZƏLƏ NÜMAYİŞİ –Azərbaycan, Ukrayna və Ermənistan hərbçiləri də təlimlərə qatılır Gürcüstan prezidenti Birləşmiş Ştatlar və NATO-nun bir neçə ölkəsi ilə birgə iki həftə sürəcək hərbi təlimlərdən öncə, Rusiyanı ölkəsinin bir hissəsini qeyri-qanuni işğal etdiyinə görə qınayıb.

Gürcüstanın 1300, Birləşmiş Ştatların 1170 və digər NATO ölkələrindən bir neçə yüz əsgərin iştirak etdiyi manevrlər Gürcüstan və Rusiya arasında müharibənin 10 illiyinin tamam olmasından bir neçə gün əvvəl başlayır.

Vaşinqton təlimlərə 12 “Bradley” piyadaların döyüş maşını, 5 ədəd M1A2 “Abrams” tankı və 9 “Blackhawk” və “Apache” vertolyotu göndərib.

NATO üzvü olmayan Ukrayna, Ermənistan və Azərbaycan da hərbi təlimlərə əsgər göndərib.

Prezident Georgi Marqvelaşvili hərbi təlimlərin açılış mərasimində deyib: “Bu gün biz torpaqlarının 20 faizi tamamilə qeyri-qanuni olaraq qonşusu Rusiya tərəfindən işğal edilən ölkənin ərazisində dayanmışıq.”

Rusiya və Gürcüstan arasında 2008-ci ildə avqust ayında Gürcüstanın iki regionuna görə müharibə baş vermişdi. Moskva Abxaziya və Cənubi Osetiya regionlarının müstəqiliyini tanıyıb və bu bölgələrə əsgəri qüvvə göndərib.

“Layiqli Partnyor 2018” təlimləri artıq dördüncü dəfədir Gürcüstanda keçirilir. Rusiya rəsmiləri hələlik təlimlərlə bağlı açıqlama verməyib, lakin Moskva əvvəlki illər manverlərin regionda qeyri-sabitlik yarada bilməsilə bağlı xəbərdarlıq edib. Gürcüstan rəsmiləri bu iddianı rədd edir.

Hərbi təlimlər Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasında keçirilir.

Rusiya da öz növbəsində Gürcüstanla sərhəddə Şimali Qafqaz regionunda hərbi təlimlər keçirir. Çərşənbə axşamı günü başlayan manevrlər avqustun 15-nə qədər davam edəcək.

Oxşar xəbərlər