Liftdə azyaşlı qıza qarşı seksual hərəkət - Bakıda

Liftdə azyaşlı qıza qarşı seksual hərəkət - Bakıda Bakıda orta yaşlı kişi yeni tikililərin birinin liftində azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib.

PeykTv.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Belə ki, 11 yaşlı qız evə gələrək anasına bir kişinin liftdə ona toxunduğunu, öpdüyünü deyib. Ailə binanın komendantından görüntüləri əldə edib. Qızın anası uşağının psixologiyası pozulmasın deyə videonu ictimailəşdirmək istəmir.

Qeyd edək ki, uşağın atası yoxdur, anası və nənəsi onu tək böyüdürlər.

Oxşar xəbərlər